Gəncənin kommunal işçiləri gücləndirilmiş iş rejimində çalışırlar

Gəncənin kommunal işçiləri gücləndirilmiş iş rejimində çalışırlar
11:53 22 Fevral 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 22 fevral, Sabir Əliyev, AzərTAc
Yağan qarın yarada biləcəyi fəsadların təcili olaraq aradan qaldırılması üçün Gəncənin kommunal təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimi ilə işləyirlər.
Gəncə şəhər mənzil-kommunal təsərrüfatı istehsalat birliyinin baş mühəndisi Zahid Məmmədov AzərTAc-a müsahibəsində deyib ki, yağan qar şəhərdə ciddi problem yaratmayıb. Qabaqcadan aparılan hazırlıq işləri nəticəsində küçələr vaxtında qardan təmizlənib, avtomobillərin və piyadaların rahat hərəkəti təmin edilib. Bu işlərin görülməsinə kifayət qədər texnika və canlı qüvvə cəlb edilib.
Hazırda şəhər təsərrüfatında heç bir problem yaşanmır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencenin_kommunal_ischileri_guclendirilmis_is_rejiminde_chalisirlar-834046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR