Şirvanda ev, Sumqayıtda çayxana yanıb

11:57 22 Fevral 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 11:52 ]


Bakı – APA. Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 6 otaqlı evin 4 otağının yanar konstruksiyaları 55 kv.m sahədə yanıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Sumqayıt şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli tikilinin ikinci mərtəbəsində yerləşən çayxananın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 100 kv.m sahədə əriyib.

 

Çayxananın qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR