“Yollarda təmizlik işləri aparılır" - fotolar

“Yollarda təmizlik işləri aparılır" - fotolar
12:06 22 Fevral 2015
72 Şou
Ölkə mətbuatı
A- A+

"Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin tabeliyində olan avtomobil yolları, körpülər və yol qurğularında gün ərzində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar dünən axşam saatlarından başlayaraq təmizlik işlərinin aparılmasına cəlb edilib".

Axşam.az-ın məlumatına görə, bunu Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, 24 saat növbətçilik sistemi ilə Bakının və ölkənin digər yolları qardan təmizlənir. Bu işlər gecə boyunca aparılıb və hazırda yollarda avtomobillərin hərəkəti üçün problem yoxdur.

Onun sözlərinə görə, əsasən enişli-yoxuşlu yollar qardan təmizlənir.

Qeyd edək ki, Azərbaycan sinoptiklərinin proqnozuna görə, ölkədə qarlı, şaxtalı hava şəraiti fevralın 23-nə kimi davam edəcək. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR