Bütün sərvətlərini meymuna miras qoydular

Bütün sərvətlərini meymuna miras qoydular
12:11 22 Fevral 2015
71 Şou
Ölkə mətbuatı
A- A+

Hindistanda yaşayan Srivastava cütlüyü bütün sərvətlərini ev meymunlarına vəsiyyət ediblər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətində yaşayan Srivastava cütlüyü uşaqları olmadığına görə 2004-cü ildə Çunmun adlı meymunu götürüb saxlayıblar.
 
İndi də bütün sərvətlərini – ev, pul və bir neçə firmalarını oğulları kimi gördükləri Çunmuna miras qoyurlar.

Əvvəllər kasıb olan cütlük sonradan varlanıb, ancaq nə qədər istəsələr də, övlad sahibi ola bilməyiblər. Çunmuna kondisionerli otaq düzəltdirib Bitti adlı dişi meymunla cütləşdirən 45 yaşlı Şabista və 48 yaşlı Brajeş Srivastava heyvanların evlilik il dönümlərini də qeyd edirlər.

Hazırda 10 yaşında olan Çunmun cütlükdən əvvəl dünyasını dəyişərsə, vəsiyyət meymunlar üçün xərclənəcək. Ancaq nəzərə alsaq ki, meymunlar 40 yaşına qədər yaşayır, böyük ehtimalla cütlüyün istəyi həyata keçəcək və Çunmun “dünyanın ən varlı meymunu” olacaq. 


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR