Balakən sakinindən küllü miqdarda narkotik və sursat götürülüb

12:17 22 Fevral 2015
147 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 12:14 ]


Balakən. Vüqar Heydərov - APA. Balakən rayon sakinindən küllü miqdarda narkotik və sursat götürülüb.

 

Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

 

Balakən RPŞ-yə daxil olan məlumat əsasında rayonun Gərəkli kənd sakini, 1958-ci il təvəllüdlü Nurəddin Mustafa oğlu Kiçiliyevin yaşadığı evdə və həyətyani sahədə əməliyyat-axtarış tədbiri aparılıb.

 

Tədbir nəticəsində kisədə 1 kq 360 qram çəkidə  narkotik vasitə hesab olunan qurudulmuş marixuana, şüşə bankanın içərisində 70 qram çəkidə qurudulmuş marixuana və 20 ədəd dibçəkdə xüsusi kultivasiya üsulu ilə əkilmiş, hündürlüyü 3 sm-dən 5 sm-ə qədər olan 20 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Əməliyyat tədbiri nəticəsində həmçinin “Kalaşnikov” silahının 1 ədəd boş darağı, 7,62 çaplı 201 ədəd avtomat gülləsi və TOZ-8 yivli silahının 54 ədəd gülləsi aşkar edilərək götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR