Marketlərdə bu nə oyundur? - FOTO

Marketlərdə bu nə oyundur? - FOTO
12:17 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Manatın düşməsi ilə müşahidə olunan qiymət artımı sahibkarları daha da həvəsləndirib.

Sahibkarlar mağazaların rəflərindəki malları anbarlara daşıtdırırlar. Bu gün isə bəzi marketlər tamamilə bağlıdır. Bazarlıq etmək istəyən şəhər sakinləri anspress-ə müraciət edərək yaşadıqları evin yaxınlığında yerləşən marketlərin bağlı olduğunu bildirirlər. Nə edəcəklərini bilməyən şəhər sakinləri gözləmək məcburiyyətində qaldıqlarını deyirlər.

Sözsüz ki, bütün bunlar dolların məzənnəsinin dəyişməsindən sonra malların yeni qiymətə satılması məqsədilə edilir. Faiq Əli adlı vətəndaşdan sosial mediyada paylaşdığı statusu isə baş verənlərə bir sübutdur. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

"Bu gün bir hadisə ilə rastlaşdım. Belə ki, evə bazarlıq etmək niyyəti ilə Köhnə Günəşlidə yerləşən marketlərin birinə girdim. Əvvəl gördüyümə inanmadım. Rəflərdəki yerli və xarici malların işçilər tərəfindən arabalara təlaşla boşaldılmasını gördüm və özlüyümdə dollar kursunun qalxması ilə millətin qanını necə içəcəklərini güman etdim. Və qeyri-ixtiyari olaraq bu səhnənin videoçəkilişini etdim. Üstündən 20 saniyə keçməmiş bütün rəhbər işçiləri qabağımda gördüm və məndən videoçəkilişin silinməsini tələb etdilər. Hamı bizi seyr edirdi. Böyük çəkişmə oldu. Çox qorxurdular. Hər halda istehlakçılara xəbər etmədən almaq istədiyin malı "satılmır” demələri çox murdar hərəkət idi. Uzun sürən söhbətdən sonra videonu sildim. Amma fotolar qaldı. Bundan sonra qiymətlərin necə olacağını təsəvvür etmirəm. Sahibkarların bu vəziyyətdən belə istifadə etməkləri isə murdarlıqdır".

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev zənglərimizə cavab vermədiyindən vəziyyətlə bağlı rəsmi tərəfin münasibətini öyrənə bilmədik.




Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/325980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR