Nazirlər Kabinetindən bəzi sahibkarlarla bağlı QƏRAR

Nazirlər Kabinetindən bəzi sahibkarlarla bağlı QƏRAR
12:24 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilib. 

 

Lent.az-ın məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərarla “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” “Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinin ikinci cümləsi çıxarılıb.

 

Oxşar dəyişiklik “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”da da edilib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlıq subyektlərində yoxlamalarla bağlı müstəsna hüququ ləğv edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR