Güclü qar Leriki respublikadan təcrid edib, Lənkəran-Lerik şosesi bağlanıb, rayonla telefon rabitəsi itib

12:27 22 Fevral 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 12:24 ]

Lənkəran. Ağəddin Babayev - APA. Dağlıq Lerik rayonuna 3 gündən bəri yağan güclü qar bir sıra fəsadlara səbəb olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Hamarat kəndi ərazisində, eləcə də Yardımlı-Masallı yüksək gərginlikli hava xətlərində qəza baş verdiyindən fevralın 20-dən günorta saatlarından Lerik şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələri işıqsız qalıb.

 

Bu isə rayondakı mobil telefon operatorlarının da işinin iflic olması ilə nəticələnib. Hazırda həm “Aztelekom”un, həm də mobil telefon abonentlərinin heç biri ilə əlaqə yaratmaq mümkün deyil.

 

Güclü qar Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkətini də iflic edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR