"Müsahibə" efirə verildi (VİDEO)

"Müsahibə" efirə verildi (VİDEO)
19:41 2 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ştatlar boyu bəzi kino-teatrlarda Sony Pictures studiyasının Şimali Koreya lideri Kim Çen Ina qarşı qondarma sui-qəsd cəhdi ilə bağlı mübahisəli "The Interview" - “Müsahibə” filmi nümayiş etdirilməyə başlayıb. Amerika kino-teatrları kiber-müharibə və zorakılıq təhdidlərilə qarşılaşmış bu filmi nümayiş etdirməkdən boyun qaçırdığına görə, Sony studiyası filmin premyerasını ləğv etmişdi. Lakin tənqidlərdən sonra Sony qərarını dəyişib və film Milad bayramı günü bəzi kiçik kino-teartlarda nümayiş etdirilib.

Sony Pictures studiyasının “Müsahibə” filmi nəhayət nümayiş etdirilməyə başladı.

Sony “Müsahibə” filmini internetdə onlayn yayımladıqdan sonra Vaşinqton şəhərindəki kiçik “West End Cinema” da filmi Milad bayramı günü nümayiş etdirdi.

Meqan adlı bu qız filmə tamaşa etmək üçün bileti film onlayn nümayiş etdirilməzdən iki gün əvvəl aldığını və onu artıq qaytara bilmədiyini deyir.

Adları Erin və Konner olan bu tamaşaçılar filmə bileti onların analarının aldığını və ona ailələrilə birlikdə baxdıqlarını deyir. Onlar da biletləri filmin İnternetdə nümayişindən əvvəl alıb.

Kino-teatrın baş meneceri Coş Levin satışların yüksək olduğunu deyir. “Yüzlərlə zəng gəlirdi, telefon dayanmadan zəng çalırdı. Biz 4 nümayiş üçün biletləri saatdan az vaxt ərzində satıb qurtardıq.”

Bayram günləri kino-teatrlara getmək amerikalılar üçün qeyri-adi bir şey deyil.

“Milad bayramı günü filmə baxmaq da əyləncədir. Mən başqa film də seçə bilərdim, amma buraya gəlməyimə peşman deyiləm” deyə, Spenser adlı tamaşaçı bildirir.

“Müsahibə” filmi böyük kino-teatrlar hələ ki göstərilmir. Bəzilərini filmə cəlb edən elə budur.

Məhəmməd adlı tamaşaçı: “Təhdidlərə baxmayaraq biz bu filmə baxmaq qərarına gəldik və biz diktatorun hədələrindən qorxmuruq. Mən bu filmə bilet almaqla, onlara dəstəyimi bildirdim.”

Belə görünür ki, kiber-müharibə və ya fiziki zorakılıqlarla təhdidlər insanları evlərində tuta bilmədi. “Milad bayramında biz həmişə məşğuluq. Lakin bu gün, filmin ilk nümayişindən sonra bunun presedenti olmadığının şahidi olduq” deyə, Coş Levin bildirir.

Kino-teatrın meneceri deyir ki, gələn 6 nümayişə də biletlərin hamısı satılıb. Yəni 450 yer artıq əvvəlcədən tutulub. Lakin amerikalılar buna görö narahatlıqlarla olmamalıdır. “Müsahibə”yə artıq video xidmətlər göstərən veb saytların köməyi ilə ona internetdə onlayn da tamaşa etmək olar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=317485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR