42 ildən sonra "Barselona"da

42 ildən sonra "Barselona"da
13:12 22 Fevral 2015
162 İdman
Ölkə mətbuatı
A- A+

La Liqanın dünən keçirilən 24-cü turunda öz meydanında “Malaqa”ya uduzan (0:1) “Barselona” 42 illik fasilədən sonrakı uğursuzluğunu təkrarlayıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi bu mövsüm “Malaqa”ya iki dövrədəki oyunun heç birində qalib gələ bilməyib.

Bu iki komandalar arasındakı belə uğursuzluqla “Barselona” son dəfə 1972/73 mövsümündə üzləşib.

Qeyd edək ki, dünənki matçdan sonra Kataloniya klubunun bu mövsüm bütün turnirlərdəki matçlar daxil 11 oyunluq qələbə seriyasına son qoyulub. Luis Enrikenin komandası bunadək son dəfə yanvarın 4-də “Real Sosyedad”a uduzmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR