Azərbaycan şirkəti Riqa aeroportunda yük terminalı mərkəz tikir

Azərbaycan şirkəti Riqa aeroportunda yük terminalı mərkəz tikir
13:13 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Latviya, Riqa, 22 fevral /Trend, müxbir Yelena Kosolapova/

Azərbaycan aviaşirkətinin törəmə müəssisəsi Riqa beynəlxalq aeroportunda Bakıdan və Bakıya yük daşımaları üçün logistik terminal tikir. Bu barədə Trend-ə Latviya Nəqliyyat Nazirliyinin dövlət katibi Kaspars Ozolinş məlumat verib.

Onun sözlərinə görə, terminalın planlaşdırılan yük dövriyyəsi ayda 6000 ton yük - gündə 100 ton ixrac və 100 ton idxal təşkil edəcək.

Dövlət katibi bildirib ki, tikinti işləri artıq aparılır və terminalı 2016-cı ilin yanvarına istismara vermək planlaşdırılır.

K.Ozolinş deyib ki, Riqada yük terminalının tikintisi Latviya nəqliyyat nazirinin Bakıya səfəri zamanı 2014-cü ilin yanvarında imzalanan aviasiya sahəsində əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulub. Riqa aeroportunda ərazinin icarəyə verilməsi ilə bağlı müqavilə 2013-cü ilin dekabrında imzalanıb.

Dövlət katibinin sözlərinə görə, Riqa aeroportu vasitəsilə yükboşaltma Azərbaycan şirkətləri üçün çox sərfəli ola bilər: "Latviyada Avropaya tədarüklərin təşkili üçün çox rahat infrastruktur var. Üç böyük donmayan liman var. Aeroportla liman arasında qısa məsafə var. Əlverişli dəmiryol sistemi mövcuddur. Yüklərin bölgüsü üçün logistik mərkəzlərin yaradılması imkanı var. Daha aşağı vergi ilə azad liman zonaları fəaliyyət göstərir. Latviyada rus dilində yaxşı danışırlar".

O bildirib ki, Latviya limanları neft və neft məhsulları, metal və maşınqayırma məhsulları, plastmas və kimya sənayesi məhsulları, meyvə, tərəvəz, çay və digər kənd təsərrüfatı məhsulları, həmçinin pambıq və tekstil sənayesi malları kimi Azərbaycan ixrac mallarını emal etməyə qadirdirlər.

Bundan əlavə, K.Ozolinşin sözlərinə görə, Azərbaycandan Riqaya xammalın, eləcə də son məhsulun Latviyada hazırlanması üçün tərkib hissələrinin nisbətən aşağı qiymətlərlə idxalı imkanı var: "Nəticədə son məhsul "Aİ-də istehsal olunub" statusu qazanacaq və bu da həmin məhsulu Avropa İttifaqında istehlakçılar arasında daha məşhur edə bilər".

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanla Latviya arasında əmtəə dövriyyəsi 10,5 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2365343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR