Bakı işıqsız qalıb

Bakı işıqsız qalıb
13:16 22 Fevral 2015
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəskin hava şəraiti Bakının bir çox yerlərini işıqsız qoyub.

ANS PRESS-in qaynar xəttinə daxil olan şikayətlər də bunu göstərir.

Belə ki, Bakının Sabunçu, Mehdiabad, Məhəmmədi, Balaxanı, Günəşli, Saray, Digah qəsəbələrində, Xətai rayonu ərazisində yaşayan sakinlər dünən gecədən elektrik enerjisinin kəsildiyini bildirirlər. Sakinlər həmçinin qaz və su təchizatında da ciddi problemlərin olduğunu deyirlər.

Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakinlərinin sözlərinə görə, dünən gün ərzində elektrik enerjisinin verilməsində fasilələr yaranmışdı. Lakin bu gün səhər 4-dən etibarən elektrik enerjisinin verilməsi dayandırılıb və hələ də bərpa edilməyib.

"Bir gün qarın yağması ilə bütün həyat iflic oldu, işıqlar sönüb. Yollar bərbad vəziyyətdədir. Evdə körpə uşaq, yaşlı anam var. Şikayət etməyə yer yoxdur. Heç bir qurum, qaynar xətt cavab vermir. Maraqlanmırlar", - deyə şikayətçilərdən biri bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR