Masallıda "Embawood" fabrikində yanğın baş verib

Masallıda "Embawood" fabrikində yanğın baş verib
13:18 22 Fevral 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Masallı şəhərində "Embawood" fabrikinin ərazisində ümumi sahəsi 15000 kv.m olan tikilinin içərisində istehsalat sahəsinin və anbar hissəsinin yanar konstruksiyaları, içərisində olan dəzgahlar və yanan materiallar 7000 kv.m sahədə yanıb.

Fabrikin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2366896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR