“Expressbank”dan müştərilərə ad günü hədiyyəsi

13:18 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc
“Expressbank” ad günü olan müştəriləri üçün güzəştli kredit aksiyası keçirir.
Bankdan AzərTAc-a bildiriblər ki, aksiyanın şərtlərinə görə, müştərinin banka müraciət etdiyi tarix doğum günü ilə eyni aya təsadüf etdikdə, ona istehlak kreditləri üzrə komissiya xərclərində yaşı qədər endirim təqdim edilir və Visa Gold kartı hədiyyə olunur.
Əgər müştəri ExpressCard kredit məhsulunu sifariş edərsə, ona həmin kart Visa Gold əsasında veriləcək.
Ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən (www.facebook.com/Expressbank) əldə etmək olar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Expressbankdan_musterilere_ad_gunu_hediyyesi-834051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR