Sabahdan bütün ölkə ərazisində yağıntılar tədricən kəsiləcək

13:22 22 Fevral 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 13:16 ]

Gecələr isə şaxtalı hava şəraiti hələ davam edəcək

Bakı. Könül Kamilqızı - APA. Fevralın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək, havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

 

Yollar buz bağlayacaq.

 

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

Fevralın 23-dən başlayaraq ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, gündüz saatlarından etibarən temperaturun tədricən yüksələcəyi gözlənilir.

 

Bakı və Abşeron yarımadasında bu axşamdan külək mülayimləşəcək, sabahdan bütün ölkə ərazisində yağıntılar tədricən kəsiləcək. Ancaq gecə şaxtalı hava şəraiti hələ davam edəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR