Bakıda mebel firmasında yanğın baş verib

Bakıda mebel firmasında yanğın baş verib
13:23 22 Fevral 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 700 kv.m olan mebel firmasının içərisində tikilmiş ümumi sahəsi 36 kv.m olan məişət otağının yanar konstruksiyaları yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, anbarın qalan hissəsi və içərisində olan mebel məmulatları yanğından mühafizə olunub.

Yanğın saat 09:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2366897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR