I divizonu Premyer Liqa ilə birləşdirmək planı var

I divizonu Premyer Liqa ilə birləşdirmək planı var
13:28 22 Fevral 2015
79 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 fevral /Trend/

I divizionla bağlı bir layihə vermişik. İstəyirik ki, I divizonu Premyer Liqa ilə birləşdirək. Belə olarsa, çempionatda gərginlik artacaq. Trend-in məlumatına görə, bunu Antalyada jurnalistlərə açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov məlumat verib.

Onun sözlərinə görə, Məşqçilər Komitəsi I divizion klublarının baş məşqçiləri ilə görüşüblər: “Soruşduq ki, 2 il ərzində I diviziondan hansısa futbolçu Premyer Liqaya gedibmi? "Yox" dedilər. Onda I divizion nədən ötrüdür? Hər halda bu məsələyə federasiya rəhbərliyi qərar verəcək, biz sadəcə olaraq, tövsiyə etmişik”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2366899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR