İbrahim Kalın: "Biz bütün acılara şərikik və hamıdan da bizim acıları bölüşməsini ummağa haqqımız var"

İbrahim Kalın: "Biz bütün acılara şərikik və hamıdan da bizim acıları bölüşməsini ummağa haqqımız var"
13:32 22 Fevral 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

AzərTAc xəbər verir ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ankarada keçirilmiş mərasimdə iştirak edən Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın jurnalistlərə müsahibəsində bildirib ki, əgər Ermənistan Türkiyə ilə münasibətlərin qurulmasını istəyirsə, ilk növbədə işğalçılıq siyasətindən əl çəkməli, azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, Azərbaycana və Türkiyəyə qarşı əsasız iddialara son qoyulmalıdır.

Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu diqqətə çatdıran baş müşavir Xocalı soyqırımına ilə bağlı üzüntülərini çatdırıb. O deyib: ”Biz bütün acılara şərikik və hamıdan da bizim acıları bölüşməsini ummağa haqqımız var”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR