Bakı - Şamaxı - Yevlax yolu bağlanıb

Bakı - Şamaxı - Yevlax yolu bağlanıb
13:36 22 Fevral 2015
173 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı-Yevlax magistiral yolu hər iki istiqamətdə bağlanıb.

ANS PRESS-in məlumatına görə, bu günün ikinci yarsından yağmağa başlayan qar gecə saatlarında güclənib.

Yolda qalan sürücülərin sözlərinə görə Havanın eyni vaxtı küləkli və çovğunlu olması yolun buz bağlamasına səbəb olub.Yolda hər iki istiqamətə nəqliyyatın hərəkətində çətinlik yaranıb. Eyni zamanda Şamaxı-Pirqulu yolu, eləcə də Şamaxı və Ağsu rayonlarını birləşdirən magistral yol buz bağlayıb Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb.

Bir çox sürücülər Bakı-Şamaxı-Ağsu yolu və Muğanlı-İsmayıllı-Qəbələ yolu qarla əlaqədar hərəkət üçün təhlükəli olduğuna görə alternativ olaraq Bakı-Qazax, Ucar-Göyçay, Ağdaş-Qəbələ, Kürdəmir-Ağsu yollarından istifadə etdiklərin deyiblər
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=327553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR