Quba yollarında hərəkət məhdudlaşdı

Quba yollarında hərəkət məhdudlaşdı
13:41 22 Fevral 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Yağan qar şimal bölgəsində də fəsadlar yaradıb.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu ərazidə artıq 5-ci gündür ki, qar yağır. Küləkli və qarlı hava şəraiti Quba, Qusarın dağlıq və dağətəyi kəndlərində elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına səbəb olub.

Şimal bölgəsində ən çox qar Qubanın Təngaltı kəndinə düşüb. Burada qarın hündürlüyü 40 santimetrə qədərdir. Qar Qubanın bəzi yaşayış məntəqələrinə gedən yollarda avtomobillərin hərəkətini məhdudlaşdırıb, Xınalıq, Buduq, Zeyid, Haput, Əlik və Cek kəndlərinə gedən yollar tamamilə bağlanıb.

Rayonun digər dağ kəndlərində də qalın qar örtüyü yaranıb. Xınalıq kəndində isə 13 dərəcə şaxta qeydə alınıb. Məlumata görə, həmin istiqamətlərdə yollar buz bağlayıb.
Mənbə
ANS PRESS, Aytəkin Alxaslı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR