Bakıda usta ev sahibini belə aldatdı

Bakıda usta ev sahibini belə aldatdı
13:44 22 Fevral 2015
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda evini təmir etdirək istəyən şəxs dələduzluqla üzləşib. Lent.az-ın məlumatına görə, polisə müraciət edən 1971-ci il təvəllüdlü Əlirzayev Tahir Qafar oğlu 8-ci Polis Bölməsinə müraciət edərək xeyli miqdarda pulunun mənimsənildiyini deyib. Şikayətçinin sözlərinə görə, keçən ilin 24 avqust tarixində Tahir adlı şəxsə Badamdar qəsəbəsi, bağlar massivində yerləşən evini təmir etdirmək məqsədi ilə 3 min manat pul verib. Lakin usta pulu aldıqdan sonra vəd verdiyi kimi tikinti materiallarını almayıb və təmir işlərinə başlamayıb.

 

T.Əlirzayev həmin ustanın məsuliyyətə cəlb edilməsi üçün polisdən kömək istəyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR