Məhəmməd Peyğəmbəri bu dəfə müsəlman rəssam çəkdi

Məhəmməd Peyğəmbəri bu dəfə müsəlman rəssam çəkdi
13:51 22 Fevral 2015
93 Şou
Ölkə mətbuatı
A- A+

Rəssam Məhəmməd Sabaaneh Parisdə “Charlie Hebdo” jurnalına olan hücumdan sonra Fələstində çıxan gündəlik qəzetdə Məhəmməd Peyğəmbərin (s.a.s) şəklini çəkib.

Axşam.az-ın “BBC”-ə istinadən məlumatına görə, karikaturaçının çəkdiyi rəsmdə Məhəmməd Peyğəmbər olaraq təsvir edilən şəxsin əynində uzun bir paltar və boynunda qırmızı ürək formalı kisə var. Həmin şəxs boynundakı kisədən dünyaya “sevgi toxumları” səpən yerdə təsvir olunub.

Peyğəmbəri müsbət çalarda təsvir etməsinə baxmayaraq, sərt reaksiyalarla üzləşən qəzet Sabaanehi işdən müvəqqəti olaraq uzaqlaşdırıb. Fələstin hökumətinin lideri Mahmud Abbasın göstərişi ilə rəssam haqqında təhqiqat başladılıb.

İngiltərənin “Independent” qəzetinə müsahibə verən karikaturaçı məqsədinin İslamı sevgi dini göstərmək olduğunu deyib:
 
“Mənim fikrimcə, əgər bir karikaturaya qarşı İslamı müdafiə etmək istəyirsinizsə, bunu karikaturaçıları öldürərək deyil, karikatura çəkərək etməlisiniz. Əgər bir yazıya qarşı İslamı müdaifə etmək istəyirsinizsə, yazı yazmalısınız”.

Çəkdiyi rəsmin yanlış anlaşılmasına görə üzr istəyən Məhəmməd Sabaaneh özünün də inanclı insan olduğunu bildirib.

Qeyd edək ki, fələstinliləri daim müdafiə edən Sabaaneh antisemitist ittihamı ilə 6 ay İsrail həbsxanasında cəza da çəkib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR