Göyçayda maşın 82 yaşlı kişini vuraraq öldürüb

14:07 22 Fevral 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 14:03 ]

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə, fevralın 22-də saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 213-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

 

“VAZ 2106” markalı minik maşını yolu keçən piyadanı, Qarabaqqal kənd sakini, 1933-cü il təvəllüdlü Məhərrəmov Soltan Əhməd oğlunu vurub.

 

Avtomobilin sürücüsü S. Məhərrəmovu xəstəxanaya çatdırıb.

 

Lakin açıq kəllə beyin travması, bədənin müxtəlif nahiyələrinin əziyi, qol və ayaq sümüklərinin sınığı, beyinə qansızma diaqnozu ilə koma vəziyyətində Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 82 yaşlı Soltan Məhərrəmov həkimlərin səyinə baxmayaraq 20 dəqiqə sonra dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR