Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
14:08 22 Fevral 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 22 fevral, AzərTAc
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər keçirilir. Bu silsilədən növbəti tədbir Rustavi şəhərində təşkil olunub.
Əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirin təşkilatçıları - Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Xələddin Yolçuyev, Gürçüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri barədə məlumat verib, ermənilərin Xocalıda törətdikləri kütləvi qırğının əsl soyqırımı olduğunu bildiriblər.
N.Əliyeva bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyasının rolunu xüsusi qeyd edib.
Rustavi şəhər meriyasının və Kvemo Kartli bölgəsinin nümayəndələri Koba Qardasanidze, Zura Baydaraşvili və başqaları çıxışlarında qeyd ediblər ki, milliyyətindən asılı olmayaraq hər bir insan bu cinayəti törədənləri lənətləməli və faciəyə dünya birliyi tərəfindən hüquqi qiymət verilməlidir.
Sonra məktəblilər Xocalı soyqırımı ilə bağlı hazırlanmış əbədi-bədii kompozisiya nümayiş etdiriblər.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rustavide_Xocali_soyqirimi_qurbanlarinin_xatiresi_anilib-834057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR