Naxçıvan BTQ-yə qoşulur

Naxçıvan BTQ-yə qoşulur
19:56 2 Yanvar 2015
114 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin tikintisi başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının bu xəttə birləşdirilməsi layihəsinin icrasına başlanılacaq.

ANS PRESS-in məlumatına görə, bu sözləri AzərTAc-a açıqlamasında Nəqliyyat Nazirliyinin “Azəravtoyolservis” Qapalı Səhmdar Cəmiyyətinin Gürcüstan filialının rəhbəri Qurban Piriyev deyib.

Q.Piriyev bildirib ki, tikintisinə 2007-ci ildə başlanılan yolun Azərbaycan və Gürcüstan ərazilərindəki hissələri artıq istifadəyə hazırdır. Bu ilin sonuna yolun Türkiyə hissəsinin də tikintisi başa çatdırılacaq. Lakin yolun ümumi tikintisi bununla bitməyəcək. Naxçıvan Muxtar Respublikasının bu yola qoşulması nəzərdə tutulub. Bu layihə Naxçıvanın iqtisadi inkişafı baxımından da mühüm rol oynayacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=317486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR