Göyçayda sürücü piyadanı öldürdü

Göyçayda sürücü piyadanı öldürdü
14:22 22 Fevral 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə hadisə, fevralın 22-də saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 213-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.
 
“VAZ 2106” markalı minik maşını yolu keçən piyadanı, Qarabaqqal kənd sakini, 1933-cü il təvəllüdlü Məhərrəmov Soltan Əhməd oğlunu vurub.
 
Avtomobilin sürücüsü S. Məhərrəmovu xəstəxanaya çatdırıb.
 
Lakin açıq kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əziyi, qol və ayaq sümüklərinin sınığı, beyinə qansızma diaqnozu ilə koma vəziyyətində Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 82 yaşlı Soltan Məhərrəmov həkimlərin səyinə baxmayaraq 20 dəqiqə sonra dünyasını dəyişib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR