Almaniya-Azərbaycan Fondunun gələcək taleyi barədə məsələ həll edilib

Almaniya-Azərbaycan Fondunun gələcək taleyi barədə məsələ həll edilib
14:23 22 Fevral 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Maliyyə Nazirliyi yaxın vaxtlarda Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) ilə Almaniya-Azərbaycan Fondunun meneceri qismində fəaliyyətin davam etdirilməsi haqqında müqavilə imzalamağı planlaşdırır.

Almaniya İnkişaf Bankının (KfW) Bakı ofisindən Trend-ə deyiblər ki, müqavilə bir il müddətinə imzalanacaq.

Ötən ilin sonunda Almaniya-Azərbaycan Fondu Maliyyə Nazirliyinin simasında Azərbaycan dövlətinin nəzarətinə keçib.

Mənbənin sözlərinə görə, fondun fəaliyyət sxemi əvvəlki kimi qalacaq və o, orta və kiçik sahibkarlığın kreditləşməsini davam etdirəcək.

Qeyd edək ki, 2014-cü ilin sonunda Maliyyə Nazirliyi və SBFIC arasında əvvəlki müqavilənin etibarlılığı başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2366598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR