Azərbaycanda fabrik yandı

Azərbaycanda fabrik yandı
14:41 22 Fevral 2015
144 Ölkə
Ölkə mətbuatı
A- A+

"Embawood" fabrikinin anbarında başlayan yanğın söndürülüb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı şəhərində fabrikin ərazisind baş verən yanğın 700 kv.m sahəni əhatə edib. Yanğın nəticəsində anbarın yanar hissələri, dəzgahlar yanıb. Ümumi sahəsi 15 min kv.m olan fabrikin qalan hissəsi yanğından qorunub.

Xatırladaq ki, dünən gecə saatlarında "Embawood"un Masallıdakı fabrikinin anbarında yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb ediliblər. Hadisə ilə əlaqədar aidiyyatı qurumlara da məlumat verilib. Yanğın bu gün səhər saat 10:50-də söndürülüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR