Misirli tələbələr Xocalını andılar - FOTO

Misirli tələbələr Xocalını andılar - FOTO
15:17 22 Fevral 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 15:10 ]


Bakı-APA. Misirin Qahirə Universitetinin "İqtisadiyyat və Siyasi elmlər" fakültəsinin yüzə yaxın tələbəsi "Əl-Əzhər" parkında "Xocalıya Ədalət" şüarı altında aksiya keçiriblər.

 

Azərbaycanın Misirdəki səfirliyindən APA-ya daxil olan məlumata görə, misirli tələbələr tərəfindən üzərində "Light a Fire to Fight the Liar" və "Justice for Khojaly" yazısı olan şarları havaya buraxıblar.  Daha sonra onlar parkda şamlar yandıraraq, Xocalı şəhidlərinə öz ehtiramlarını nümayiş etdiriblər.

 

 

Qahirə sakinlərinə Xocalı soyqırımını əks etdirən flayerlər paylanılıb, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırım barədə məlumat verilib. 

Aksiya Misir mediasında geniş işıqlandırılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR