İtaliya A seriyasının klubu dağılır

İtaliya A seriyasının klubu dağılır
15:28 22 Fevral 2015
91 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 fevral /Trend/

İtaliyanın “Parma” klubu maliyyə böhranına görə dağılır.

Trend-in İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ciddi maliyyə problem ilə üzləşən klubun yaxın günlərdə A seriyasından xaric olunacağı haqda rəsmi qərar veriləcəyi gözlənilir.

İtaliya qəzetləri yazıb ki, bu günün təqvimində olan “Parma” – “Udinize” matçı təxirə salınıb.

Qeyd edək ki, “Parma”nın yaxın günlərdə rəsmən muflis elan ediləcəyi gözlənilir. Məlumata görə, hazırda klubun 96 milyon avro borcu var. Futbolçular və klubun digər əməkdaşları altı aydır maaş ala bilmirlər.

“Parma” vergi borcunu ödəyə bilmədiyi üçün isə kluba məxsus olan bir neçə avtomobil, o cümlədən əsas komandanın avtobusu müsadirə olunub.

Qeyd edək ki, yaranmış bu vəziyyət səbəbindən “Parma”nın direktoru Pyetro Leonardi depressiyaya düşüb və xəstəxanaya yerləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2366911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR