Sürücülərin diqqətinə: bu yolları buz bağlayıb - SİYAHI

Sürücülərin diqqətinə: bu yolları buz bağlayıb - SİYAHI
15:29 22 Fevral 2015
83 Sosial
Ölkə mətbuatı
A- A+

 Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu saata respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumatı açıqlayıb. 

 

BDYPİ-dən APA-ya verilən məlumata görə, ötən gündən yağan güclü qar respublikanın bəzi avtomobil yollarında buzlaşmaya səbəb olub:  “Hazırda  Siyəzən- Dəvəçi, Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala,  Ağsu aşırımı, Muğanlı-İsmayıllı,Cəlilabad-Masallı, Lənkəran-Lerik, istiqamətlərində  yolun müəyyən hissələrində buzlaşma var. Müvafiq qurumlar yolun qardan təmizlənməsi istiqamətində iş aparır”.

 

BDYPİ-dən Bakı-Qazax və Bakı-Şamaxı yollarında nəqliyyatın hərəkətinin normal olduğu bildirilib.

 

BDYPİ  bu cür havalarda nəqliyyat vasitələrindən təcrübəsi çox olan və avtomobili texniki cəhətdən normal olan sürücülərin yola çıxmasını tövsiyə edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR