"Azərişıq"dan işıq xəbəri

"Azərişıq"dan işıq xəbəri
15:36 22 Fevral 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

"Elektrik enerjisinin verilməsilə bağlı yaranan problem yavaş-yavaş aradan qaldırılır. Hal-hazırda, demək olar ki, bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub. Yalnız Əhmədli və Günəşlidə işlər gedir. Bir saat ərzində həmin ərazilərdə də elektrik enerjisinin verilməsi təmin ediləcək".

Bunu ANS PRESS-ə açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, şəhərdə elektrik enerjisinin verilməsində çətinliklərin yaranmasına səbəb kəskin hava şəraiti olub. Bəzi yerlərdə güclü külək elektrik enerjisi dirəklərini əyib. Bəzi yerlərdə isə səbəb həddən artıq yüklənmə olub.

Qeyd edək ki, dünən gecə saatlarından etibarən Bakının bir çox yerlərində, həmçinin Sabunçu, Mehdiabad, Məhəmmədi, Balaxanı, Günəşli, Masazır, Saray, Digah qəsəbələrində, Xətai rayonu ərazisində elektrik enerjisi verilməsi kəsilib. Bundan başqa, Goranboy, Şirvan, Lerik rayonlarında da dünəndən elektrik enerjisi yoxdur.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR