Türkiyənin Süleyman Şah sevgisi (FOTO)

Türkiyənin Süleyman Şah sevgisi (FOTO)
15:53 22 Fevral 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Türk əsgəri bu gecə tarixi bir əməliyyat keçirib.

Türk ordusu Suriya ərazisinə daxil olub. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, gecə saatlarında 50 yaxın tankın müşayiəti ilə türk əsgəri Suriya ərazisindəki Türkiyəyə məxsus Süleyman Şah türbəsinə girib.

Əməliyyat zamanı ərazidə 10 aya yaxındır İŞİD qruplaşmasının mühasirəsidə qalan növbətçi əsgərlər azad edilib. Türkiyə baş Qərargahının şərti olaraq “Şah Fırat” adı verdiyi əməliyyat nəticəsində türbədə xidmət edən, onu qoruyan 40 nəfərlik hərbçi qrup Türkiyəyə gətirilib. Əməliyyat zamanı bir türk əsgərinin həyatını itirib.

Əməliyyat nəticəsində türk ordusu hətta Türbədə uyuyan Süleyman şahın nəşini də ordan çıxarıblar. Onun elə Suriya ərazisində başqa bir nöqtədə dəfn olunduğu xəbər verilir. Süleyman Şahın nəşinin dəfn olunduğu ərazidə indi də Türkiyə bayrağı dalğalanır.

Qeyd edək ki, Osmanlı imperiyası dağılandan sonra belə türkilər Süleyman Şah Türbəsinin olduğu ərazini Türk torpağı adlandırıb və rəsmi Ankarının hüdudlarından kənarda olan yeganə anklavıdır. Türkiyə dövləti Süleyman Şahın uyuduğu torpağa qürür nöqtəsi kimi baxır. Hətta Süriya və İraqda at oynadan İŞİD terrorçuları belə bütün dini ibadəgahları dağıtdığı dövrdə belə risk edib ora yaxınlaşa bilməmişdilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2366913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR