"Fikirləşdim ki, bəlkə də mənim üçün sabah olmayacaq..."

"Fikirləşdim ki, bəlkə də mənim üçün sabah olmayacaq..."
16:06 22 Fevral 2015
91 Şou
Ölkə mətbuatı
A- A+

Bu yaxında özünü Popun Kralı elan edib, "Taleh" mahnısı ilə səhnəyə qayıdacağını söyləyən müğənni Caqa (Cavanşir Babəlioğlu) vədinə əməl edərək, mahnısını təqdim elədi.

ANS PRESS-in məlumatına görə, mahnının sözləri və musiqisi ifaçının özünə məxsusdur. Aranjemanı Elvin Musayev, səs rejissorluğunu Hatəm Nəbioğlu, nəfəs alətində müşaiyəti isə Azad edib.

Mahnı ilə bağlı hisslərini paylaşan müğənni yaxın günlərdə klip çəkilişlərinə başlayacağını bildirdi: "Artıq 2-3 il olar ki, mahnı yazmırdım. Hətta fikirləşirdim bir də yaza bilməyəcəm. Amma günlərin birində həyat gözümdə söndü, fikirləşdim ki, bəlkə də mənim üçün sabah olmayacaq. Gecə yata bilməsəm də, güclə yuxuya getdim, səhər bu mahnını ifa edərək oyandım. Qəribə olsa da, bu mənim yaşadığımdı. Mən də yaşadığım hissləri paylaşmağı sevirəm. İlk dəfə idi, belə hisslər yaşayıb, mahnı yazırdım. Bu mahnıyla yenidən həyata qayıtdım. Artıq hər şey gözümdə başqadı".

Caqa mahnını ekranlaşdıracağını deyir: "Mahnı məni o qədər ruhlandırıb ki, İnşaAllah yaxın günlərdə klipini çəkib, gözəl bir işlə tamaşaçıların görüşünə gəlməyi planlaşdırıram. Martın 14-də, yəni doğum günümdə efirlərimizin birində həm dəyərli tamaşaçılarımıza, həm də çox sevdiyim keçmiş həmkarlarıma klipimi təqdim edəcəyəm".

Caqa Taleh Cavanshir: http://youtu.be/YJFkD6wpF-U
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=327566

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR