Sürücülərə XƏBƏRDARLIQ

Sürücülərə XƏBƏRDARLIQ
16:22 22 Fevral 2015
71 Sosial
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisində bəzi avtomobil yollarını buz bağlayıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumatı açıqlayıb.
 
BDYPİ-dən APA-ya verilən məlumata görə, ötən gündən yağan güclü qar respublikanın bəzi avtomobil yollarında buzlaşmaya səbəb olub:  “Hazırda  Siyəzən-Dəvəçi, Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala,  Ağsu aşırımı, Muğanlı-İsmayıllı,Cəlilabad-Masallı, Lənkəran-Lerik, istiqamətlərində  yolun müəyyən hissələrində buzlaşma var. Müvafiq qurumlar yolun qardan təmizlənməsi istiqamətində iş aparır”.
 
BDYPİ-dən Bakı-Qazax və Bakı-Şamaxı yollarında nəqliyyatın hərəkətinin normal olduğu bildirilib.
 
BDYPİ  bu cür havalarda nəqliyyat vasitələrindən təcrübəsi çox olan və avtomobili texniki cəhətdən normal olan sürücülərin yola çıxmasını tövsiyə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/326010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR