Putinin dəvəti müzakirə edilir

Putinin dəvəti müzakirə edilir
20:21 2 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya müxalifətinin liderləri bu gün İstanbulda Rusiyanın dəvətini müzakirə edəcəklər.

ANS PRESS-in məlumatına görə, Rusiya Suriya müxalifətinin 28 liderini danışıqlar aparmaq üçün Moskvaya dəvət edib. Onlar arasında Suriya Milli Koalisiyasının lideri Hadi al-Bahra, koalisiyanın iki keçmiş lideri əl-Xatib və Sida da var.

Moskvada keçirilən görüşün yanvarın sonlarında keçiriləcəyi gözlənilir.

Dəvətlilər arasında olan Suriya prezidenti Bəşər Əsəd höküməti ilkin danışıqlarda iştirak edəcəyini açıqlayıb.

Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlanandan 200 min adam ölüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR