Sürücülərə xəbərdarlıq

Sürücülərə xəbərdarlıq
16:46 22 Fevral 2015
80 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti qarlı, yağmurlu və qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir.

BDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında, enişli-yoxuşlu yolların, sərt döngələrin nəzarətə götürüldüyünü bildirdi.

"Şəxsi heyət ərazi üzrə yollarda tənzimləmə işləri aparır. Əhalidən və avtomobil sahiblərindən xahiş olunur ki, şəxsi maşınla yola çıxmasınlar, ictimai nəqliyyatdan istifadə etsinlər".

Əsədov ötən gündən yağan güclü qarın respublikanın bəzi avtomobil yollarında buzlaşmaya səbəb olduğunu dedi: “Hazırda Siyəzən- Dəvəçi, Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala, Ağsu aşırımı, Muğanlı-İsmayıllı, Cəlilabad-Masallı, Lənkəran-Lerik, istiqamətlərində yolun müəyyən hissələrində buzlaşma var. Müvafiq qurumlar yolun qardan təmizlənməsi istiqamətində iş aparır”.

BDYPİ-dən Bakı-Qazax və Bakı-Şamaxı yollarında nəqliyyatın hərəkətinin normal olduğu bildirilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=327567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR