Gəncədə və Sabirabadda ev yanıb

Gəncədə və Sabirabadda ev yanıb
16:59 22 Fevral 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 116 kv.m olan üçotaqlı evin 1 otağında 10 kv.m tavan hissə və 1 ədəd divan qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

 

Oxşar hadisə Sabirabad rayonud da baş verib. Qalağayın kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli üçotaq və 2 aynabənddən ibarət evin 1 otağının tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:10-da söndürülüb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR