Bu əlcəklər 956 min dollara satıldı

Bu əlcəklər 956 min dollara satıldı
17:04 22 Fevral 2015
81 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur boksçular Məhəmməd Əlinin həmvətəni Sonni Listonla döyüşdə 50 il əvvəl istifadə etdiyi döyüş əlcəkləri Nyu-Yorkda keçirilən hərracda 956 min dollara satılıb. Lent.az-ın məlumatına görə, Məhəmməd Əli məhz bu əlcəklərlə 1965-ci ildə Listona qalib gələrək ilk dəfə dünya çempionu titulunu qoruya bilmişdi. Əlinin ilk dəfə dünya çempionu olduğu döyüşdə istifadə etdiyi digər əlcəkləri isə ötən il 836,5 min dollara satılmışdı.

Məhəmməd Əli 1999-cu ildə “Əsrin idmançısı” adını qazanıb. Əfsanəvi boksçu 1984-cü ildən parkinson xəstəliyindən əziyyət çəkir. Bu ilin yanvarında onun 73 yaşı tamam olub.

 

Qeyd edək ki, əlcələrə 1 milyon dollara yaxın pul verən şəxs adının açıqlanmasını istəməyib.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR