Heydər Əliyev Sarayında “Bremen musiqiçiləri” müzikli nümayiş olunacaq

17:18 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral (AzərTAc). Mayın 31-də Heydər Əliyev Sarayında Moskva Teatrının təqdimatı olacaq. 
Sarayın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, teatrın kollektivi “Bremen musiqiçiləri” müziklini təqdim edəcək.
Müziklin ailəvi baxmaq üçün nəzərdə tutulması onun qırx illik tarixi olan cizgi filminə varisliyini təsdiqləyir. Həmin vaxt bu tamaşa ekranlara sovet rok-operası kimi çıxmışdı.
Bu dəfə cizgi filminin ilk tamaşaçıları nəvələri ilə birlikdə müziklə baxmağa gələcəklər. Yaşından asılı olmayaraq hər bir tamaşaçı yeni müzikldə özünə münasib nə isə tapacaqdır. Yaşlı nəsildən olanlar müziklin qəhrəmanları ilə cizgi filminin personajları arasında oxşarlığı qeyd edərək nostalji hisslər keçirəcəklər. Balaca tamaşaçılar isə aktyorlarla birgə oxuyaraq cizgi filmi klassikasında biliklərini nümayiş etdirəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_Sarayinda_Bremen_musiqichileri_muzikli_numayis_olunacaq-834070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR