Ölkəyə gətirilən avtomobillərin sayı kəskin azalıb

Ölkəyə gətirilən avtomobillərin sayı kəskin azalıb
17:19 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

2015-ci ilin yanvarında Azərbaycana 4 090 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 6 477 ədəd olub. Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

İdxal edilən maşınların 3 870 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin yanvarında bu göstərici 5 925 ədəd təşkil edib.

Bundan başqa, yanvarda ölkəyə 146 yük avtomobili idxal edilib. Bu rəqəm 2013-cü ilin yanvarında 512 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR