"Azərişıq"dan elektrik enerjisi təchizatı ilə bağlı AÇIQLAMA

"Azərişıq"dan elektrik enerjisi təchizatı ilə bağlı AÇIQLAMA
17:34 22 Fevral 2015
118 Sosial
Ölkə mətbuatı
A- A+

"Elektrik enerjisinin verilməsilə bağlı yaranan problem yavaş-yavaş aradan qaldırılır. Hal-hazırda, demək olar ki, bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub. Sadəcə olaraq “Azərenerji” ASC-yə məxsus 110 kilovoltluq Əhmədli yarımstansiyasında dayağın əyilməsilə əlaqədar Əhmədli, Günəşli, Qaraçuxur ərazilərində elektrik enerjisinin təchizatında fasilələr yaranıb. Burada da problemin axşam saat 6-7 radələrində aradan qaldırılması gözlənilir". 

Bunu Lent.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, şəhərdə elektrik enerjisinin verilməsində çətinliklərin yaranmasına səbəb kəskin hava şəraiti, güclü külək olub: "Rayonlarda da elektrik enerjisi təchizatında baş verən problem güclü küləklə bağlıdır. Həmin yerlərdə də əməkdaşlarımız çalışırlar, problemi aradan qaldırırlar".

Qeyd edək ki, dünən gecə saatlarından etibarən Bakının bir çox yerlərində, həmçinin Sabunçu, Mehdiabad, Məhəmmədi, Balaxanı, Günəşli, Zabrat, Masazır, Saray, Digah qəsəbələrində, Xətai rayonu ərazisində elektrik enerjisi verilməsi kəsilib. Bundan başqa, Goranboy, Şirvan, Lerik rayonlarında da dünəndən elektrik enerjisi yoxdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR