Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi olub

17:37 22 Fevral 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 17:33 ]


Cəlilabad. Ağəddin Babayev – APA. Fevralın 22-də Cəlilabad rayonunun Göytəpə şəhərində Dövlət Sərhəd Xidmətinin (DSX) Təlim-Tədris Mərkəzində gənc sərhədçilərin andiçmə mərasimi keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, valideynlərin, ictimaiyyət nümayəndələrinin və media əməkdaşlarının iştirakı ilə keçən mərasim hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun DSX-nin şəxsi heyət üzrə baş idarənin rəisi, general-mayor Azad Ələkbərova raportu ilə başlayıb.

 

A. Ələkbərov şəxsi heyəti salamladıqdan sonra Azərbaycanın Dövlət Himni oxunub və nizamla düzülən gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

 

Daha sonra hərbi hissə komandiri hərbi and içmələri münasibətilə gənc sərhədçiləri DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin adından təbrik edib. Komandir çıxışında Azərbaycanda sərhəd qoşunlarının yaranma tarixindən, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizədə sərhədçilərin əvəzsiz xidmətindən söz açaraq, gənc əsgərlərə sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib.

 

Tədbirdə çıxış edən A. Ələkbərov, valideynlər və ictimaiyyət nümayəndələri də öz növbələrində dövlət sərhədinin mühafizəsində gənc əsgərlərə uğurlar arzulayıblar.

 

Tədbir şəxsi heyətin hərbi marşın sədaları altında nizami addımlarla tribuna önündən keçməsi ilə başa çatıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR