Bakıda “28 Mall” ticarət mərkəzində yanğın başlayıb - FOTO

Bakıda “28 Mall” ticarət mərkəzində yanğın başlayıb - FOTO
20:27 2 Yanvar 2015
114 Digər
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 20:22 ]

Bakı. Fərahim Qasımov-APA. Bakının Nəsimi rayonunda, “28 may” metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğın binanın üst mərtəbəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Ticarət  mərkəzində olanlar təxliyə olunub. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR