Gürcüstanın Qardabani şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Gürcüstanın Qardabani şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
17:48 22 Fevral 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 22 fevral, AzərTAc
“Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti anım tədbiri Gürcüstanın Qardabani şəhərində keçirilib.
Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad ediblər, Vətən uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) və Qardabanidə fəaliyyət göstərən Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının (GGYMT) birgə təşkil etdikləri tədbirdə gürcü və azərbaycanlı gənclər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qardabani bələdiyyəsinin sədr müavini Rəfi Orucov, GGYMT-nin sədri Musa Hacıyev, Şərqi Gürcüstan Müftisi Yasin Əliyev, AMM gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva, SALAM Vəqfinin sədri İrakli Artmeladzeye və başqaları çıxış edərək Azərbaycanın və Gürcüstanın ərazilərinin işğala məruz qalmasından danışıb, Xocalı faciəsi haqqında məlumat veriblər.
“Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini xüsusi vurğulayan natiqlər, gənclərin bu istiqamətdə məlumatlandırılmasını qeyd ediblər.
Xocalı soyqırımına ədalətli qiymətin verilməsi və günahkarların cəzalandırılması üçün təbliğatın və lobbiçilik siyasətinin vacibliyi xüsusi vurğulanıb.
Sonda Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı sənədli film nümayiş etdirilib
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustanin_Qardabani_seherinde_Xocali_faciesi_qurbanlarinin_xatiresi_anilib-834071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR