İrandan Türkiyəyə sərt ittiham

İrandan Türkiyəyə sərt ittiham
17:51 22 Fevral 2015
206 Dünya
Ölkə mətbuatı
A- A+

İran Türkiyə ordusunun Suriyaya girməsindən narahat olduğunu bildirib.

ANS PRESS-in məlıumatına görə, İranın rəsmi xəbər agentliyi "İRNA" Türkiyənin həyata keçirdiyi əməliyyatı qınayıb. Agentlik yayımladığı xəbərdə qeyd edib ki, "Türkiyə Suriya torpaqlarındakı Süleyman şah türbəsinin mühasirəsi kimi əsassız səbəblə Suriya sərhədlərini pozub".

İranda ingilis dilində yayımlanan dövlət teeviziyası "Press TV" də xəbərini "Türkiyə Suriyaya torpaqlarına hərbi müdaxilə etdi" başlığı ilə yayımlayıb. Məlumatda isə "Türk ordusu Süleyman şah ordusunu qorumaq bəhanəsi ilə Suriya sərhədlərini pozdu" deyə bildirib.

Xatırladaq ki, Türkiyə Suriyanın Eşme bölgəsinə girərək Türkiyə ordusu bayrağını qaldırdıqdan sonra Süleyman Şahın nəşinin qalıqlarını və "Süleyman Şah" Fəxri Mühafizə Alayının əsgərlərini Türkiyəyə gətirib. Əməliyyat zamanı bir türk əsgəri həyatını itirib. Əsgərin qəza nəticəsində öldüyü bildirilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR