XƏBƏRDARLIQ: Bu ərazilərdə ev tikməyin

XƏBƏRDARLIQ: Bu ərazilərdə ev tikməyin
18:05 22 Fevral 2015
126 Sosial
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə üzrə ən təhlükəli sürüşmə zonalarını açıqlayıb. Bu sürüşmə zonaları hansılardır və mütəxəssislər harada ev tikməyi məsləhət görmürlər?

Milli.Az atvxeber-ə istinadən bildirir ki, Bakıda ən çox sürüşmə təhlükəsi olan ərazi Suraxanı rayonunun Zığ qəsəbəsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkə üzrə mövcud olan 37 sürüşmə zonasından 10-u Abşeron yarımadasında yerləşir. Ən təhlükəli sürüşmə isə məhz Zığ qəsəbəsi ərazisindədir. Nazirlik Zığ ərazisində ev tikmək istəyənləri diqqətli olmağı çağırıb.

Zığ ərazisinə həm yağıntının daha çox düşməsi, həm də insan fəaliyyəti nəticəsində yaranan səbəblər bu ərazidə tikinti aparılmasını, demək olar ki, mümkünsüz edib...Qəsəbə ərazisində yay fəsli istisna olmaqla sürüşmə təhlükəsi qalan 3 fəsildə aktual olaraq qalır.

Ancaq təhlükələrə baxmayaraq Zığ qəsəbəsi ərazisində ev tikməyə davam edənlər yenə də var. Mütəxəssislər isə bildirirlər ki, kimsə ev tikirsə, onun qarşısını almaq qanunla mümkün deyil. Ekspertlər yalnız tövsiyyə verə bilərlər bu məsələ ilə bağlı...

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zığ qəsəbəsi ərazisindəki sürüşmə yerlərinin fotoplanını hazırlayır. Fotoplan bütün aidiyyatı qurumlara da göndəriləcək ki, vətəndaşlar ev tikməzdən qabaq ərazi barədə məlumat ala bilsinlər.

Ölkə üzrə ən riskli sürüşmə zonaları isə Lənkəran-Lerik yolunun 17-ci, 29 və 40-cı kilometrlikləri, Quba-Xınalıq yolunun 38-ci kilometrliyi və Ağsu aşırımı hesab olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/326021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR