Bu yollar buz bağlayıb - siyahı

Bu yollar buz bağlayıb - siyahı
18:06 22 Fevral 2015
82 Şou
Ölkə mətbuatı
A- A+

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu saata respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumatı açıqlayıb.

Axşam.az-ın məlumatına görə, BDYPİ-dən APA-ya verilən məlumata görə, ötən gündən yağan güclü qar respublikanın bəzi avtomobil yollarında buzlaşmaya səbəb olub:

“Hazırda  Siyəzən- Dəvəçi, Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala,  Ağsu aşırımı, Muğanlı-İsmayıllı,Cəlilabad-Masallı, Lənkəran-Lerik, istiqamətlərində  yolun müəyyən hissələrində buzlaşma var. Müvafiq qurumlar yolun qardan təmizlənməsi istiqamətində iş aparır”.

BDYPİ-dən Bakı-Qazax və Bakı-Şamaxı yollarında nəqliyyatın hərəkətinin normal olduğu bildirilib.

BDYPİ  bu cür havalarda nəqliyyat vasitələrindən təcrübəsi çox olan və avtomobili texniki cəhətdən normal olan sürücülərin yola çıxmasını tövsiyə edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26920

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR