Con Kerri Kremli hədələdi

Con Kerri Kremli hədələdi
18:06 22 Fevral 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib.

ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri prezident Barak Obamanın yaxın günlərdə Rusiyaya qarşı mümkün yeni sanksiyalarla bağlı qərar verəcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ və onun müttəfiqlərinin Rusiyanın Ukraynadakı separatçılara verdiyi dəstəklə barışmayacaq: "Rusiya regionda torpaqları işğal etməyə davam etdiyi halda, BMT-də Ukraynanın şərqindəki hadisələrə görə, məsuliyyəti Ukrayna hökumətinin üzərinə atmağa çalışır".

Qeyd edək ki, son Minsk danışıqlarından sonra Ukraynanın şərqində separatçılar daha bir vilayətdə nəzarəti ələ keçirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR