Cari ildə Ağstafa rayonunda 11 subartezian quyusu istifadəyə veriləcək

Cari ildə Ağstafa rayonunda 11 subartezian quyusu istifadəyə veriləcək
18:08 22 Fevral 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağstafa, 22 fevral, AzərTAc
Kənd sakinlərinin suvarma suyuna olan ehtiyacının ödənilməsində subartezian quyularından səmərəli istifadənin də mühüm rolu var. Qəsəbə və kəndlərdə olan subartezian quyularının ilboyu işləməsi və onlara texniki qulluq həmişə diqqət mərkəzində olmalıdır.
Ağstafa Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, rayonda yeni quyuların qazılması və istismara verilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən il rayonun Köçəsgər, Qırılı, Poylu, Aşağı Kəsəmən, Köhnəqışlaq, Xılxına, Göycəli, Aşağı Göycəli və Pirili kəndlərində 11 ədəd subartezian quyusunun qazılması əhalinin suvarma suyu ilə təminatının xeyli yaxşılaşdırıb. Bu istiqamətdə aparılan işin nəticəsi olaraq cari ildə rayonda yeni quyuların qazılması davam edəcəkdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 25 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən rayonun daha 9 kəndində 11 subartezian quyusunun qazılması nəzərdə tutulur. Bu işlərin həyata keçirilməsi rayonda suvarma suyuna olan tələbatın və kənd sakinlərinin ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayacaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cari_ilde_Agstafa_rayonunda_11_subartezian_quyusu_istifadeye_verilecek-834072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR